AZ

Gəncədə 3 avtomobil toqquşdu - Yaralılar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Chevrolet ", "Mercedes" və BMW" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
0
2
unikal.az

10Mənbələr