AZ

Rayonlara qar yağdı, qıtlıq və bahalaşma olacaq AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son günlər bəzi rayonlarda yağan qar kənd təsərrüfatı üçün ciddi narahatlıq yaradıb. Xüsusilə meyvə və digər ağaclar çiçək açdıqdan sonra yağan qar məhsula ciddi ziyan vurur, məhsuldarlığın azalmasına səbəb olur və qıtlıq riskini artırır. Bu vəziyyət fermerlər üçün əlavə çətinliklər yaradır, həm istehsal prosesinə, həm də bazarda qiymətlərin formalaşmasına mənfi təsir göstərir.Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, Azərbaycanda fəsildən asılı olmayaraq ərzaq və meyvə məhsullarının qiymətləri uzun müddət davamlı şəkildə artmaqdadır."Bir dəfə yüksələn qiymət adətən geri düşmür və bu tendensiya illərdir ki davam edir. Son 35 ildə isə yalnız iki dəfə ərik bolluğu müşahidə olunub, digər illərdə isə ərik məhsulu ya məhdud olub ya da demək olar ki yetişməyib. Əgər bu illərdə çiçək açmış ağaclara qar yağıbsa həmin ağaclardan məhsul gözləmək demək olar ki mümkünsüzdür, belə halda bazarda yalnız istixanalarda yetişdirilmiş qorunan şəraitdə olan və ya xaricdən gətirilmiş meyvə və digər ərzaq məhsulları satışda qalır. Qarın təsiri ilə yerli məhsul istehsalının azalması nəticəsində qiymətlərin daha da artması qaçılmazdır və bu vəziyyət hər il təkrarlanmaqdadır".Qeyd edək ki, son iki gün ərzində Bakıya və Abşeron yarımadasına rekord yağışlar yağıb. Yağıntının miqdarı normadan 6 dəfə çox olub. Rəsmi açıqlamada bildirilir ki, sonuncu dəfə Bakı belə yağışı 1988-ci ildə görmüşdüƏfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
70
demokrat.az

1Mənbələr