AZ

21 yaşlı sevgilisi ilə tutulan mer partiyasından qovuldu

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

CHP Mərkəzi İcra Şurası Uşak meri Özkan Yalımın üzvlüyünü ləğv edib.

"Unikal" xatırladır ki, Yalım İstanbul Polis İdarəsinin Korrupsiya Cinayətləri Şöbəsi tərəfindən, İstanbul Baş Prokurorluğu ilə koordinasiyalı şəkildə aparılan əməliyyat zamanı saxlanılmışdı. Əməliyyat Uşak meri Özkan Yalımın fərdlərdən və şirkətlərdən rüşvət aldığı iddiaları ilə bağlı istintaq çərçivəsində həyata keçirilib. Uşak, Kocaeli və Ankarada eyni vaxtda keçirilən əməliyyatlarda Yalımın da daxil olduğu 13 şübhəli saxlanılıb.

Qeyd edək ki, Özkan Yalım hoteldə 21 yaşlı sevgilisi ilə görüşərən saxlanılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
3
unikal.az

4Mənbələr