AZ

Millimiz Syerra Leoneyə QARŞI

Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ikinci oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Syerra Leone yığması ilə üz-üzə gəlir.

Bu, Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyunudur.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş 19:00-da start götürüb.
 

Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Syerra Leone isə 119-cu yeri tutur.


Xatırladaq ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.

“FIFA Series – 2026”

30 mart

19:00. Azərbaycan - Syerra Leone - 0:0 (Birinci hissə)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Bizim.Media

Seçilən
21
4
bizim.media

10Mənbələr