AZ

Azərbaycan, yoxsa Syerra Leone? - CANLI YAYIM

Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ikinci oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Syerra Leone yığması ilə üz-üzə gələcək.

Bu, Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyun olacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş 19:00-da start götürəcək.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Syerra Leone isə 119-cu yeri tutur.

Azərbaycan millisi martın 27-də Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.

19:00. Azərbaycan - Syerra Leone 0:0

Azərbaycan: 12. Aydın Bayramov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 5. Anton Krivotsyuk, 21. Qismət Alıyev, 10. Aleksey İsayev, 13. Emil Səfərov, 8. Emin Mahmudov (k), 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov

Baş məşqçi: Ayxan Abbasov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Seçilən
14
2
sportinfo.az

10Mənbələr