AZ

İsraildə İran casusu tutuldu

ain.az bildirir, Cebheinfo portalına istinadən.

İsraildə, Necef səhrasının cənubundakı Uvda hava bazasında çalışan bir nəfər haqqında, İran kəşfiyyatı ilə təmas qurduğu və bazaya aid görüntüləri paylaşdığı əsası ilə ittihamnamə hazırlanıb.

"Cebheinfo.az" xəbər verir ki, İsrail mətbuatında yer alan xəbərlərə görə, Eylat şəhərində yaşayan Əli Qabar adlı şəxs bazadan çıxış marşrutunun videolarını çəkib, təhlükəsizlik nöqtələri və yaşayış binaları da daxil olmaqla həssas infrastrukturu qeydə alıb.

Qabar haqqında, İran kəşfiyyatı ilə təmas qurduğu, bazaya aid görüntüləri paylaşdığı və bu fəaliyyətləri müqabilində yüzlərlə dollar aldığı ittihamı ilə ittihamnamə hazırlanıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
1
cebheinfo.az

2Mənbələr