AZ

II Liqa: "Xankəndi" İmişli komandasının "daşını daş üstə qoymadı"

Azərbaycan II Liqasında XX tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun bağlanış matçı paytaxtda baş tutub. 

Ötən gün zirvədəki mövqeyini "Qaradağ Lökbatan"a təhvil verən "Xankəndi" 9-cu pillədə qərarlaşan "Kür-Araz"la üz-üzə gəlib. Qarabağ təmsilçisi rəqibini meydana çıxmağına peşman edib - 14:0.

Beləliklə, "Xankəndi" böyük hesablı qələbə qazanmaqla yenidən liderliyini bərpa edib. 

Turun digər görüşlərinin nəticələri: "Şəki Siti” - “Dinamo” 1:6, “Ağstafa Gəncləri” – “Quba” 0:1, “Ağdaş” – “Araz Saatlı” 0:0, “Şəmkir” – “Göygöl” 0:0, “Qaradağ Lökbatan” – “Şirvan” 7:3.

Azərbaycan II Liqası
XX tur
30 mart

“Xankəndi” – “Kür-Araz” 14:0
Qollar:
B.Teymurov, 18; 42. R.Məhərrəmov, 21. E.Nəsibov, 34; 38; 43. T.Qurbatov, 53; 57. E.Quliyev, 60-pen; 66. M.Canıyev, 69; 85. İ.Səfərzadə, 75. Ə.Mürsəlov, 87.

Seçilən
56
fanat.az

1Mənbələr