Azərbaycan II Liqasında XX tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun bağlanış matçı paytaxtda baş tutub.
Ötən gün zirvədəki mövqeyini "Qaradağ Lökbatan"a təhvil verən "Xankəndi" 9-cu pillədə qərarlaşan "Kür-Araz"la üz-üzə gəlib. Qarabağ təmsilçisi rəqibini meydana çıxmağına peşman edib - 14:0.
Beləliklə, "Xankəndi" böyük hesablı qələbə qazanmaqla yenidən liderliyini bərpa edib.
Turun digər görüşlərinin nəticələri: "Şəki Siti” - “Dinamo” 1:6, “Ağstafa Gəncləri” – “Quba” 0:1, “Ağdaş” – “Araz Saatlı” 0:0, “Şəmkir” – “Göygöl” 0:0, “Qaradağ Lökbatan” – “Şirvan” 7:3.
Azərbaycan II Liqası
XX tur
30 mart
“Xankəndi” – “Kür-Araz” 14:0
Qollar: B.Teymurov, 18; 42. R.Məhərrəmov, 21. E.Nəsibov, 34; 38; 43. T.Qurbatov, 53; 57. E.Quliyev, 60-pen; 66. M.Canıyev, 69; 85. İ.Səfərzadə, 75. Ə.Mürsəlov, 87.
