Son illərdə dünya COVID-19 ilə böyük bir sınaqdan keçdi. Bu pandemiya göstərdi ki, yeni qlobal xəstəliklər qəfil ortaya çıxa və bütün dünyaya sürətlə yayıla bilər.
Bu səbəbdən alimlər indi növbəti potensial pandemiyaları yaxından izləyir və riskləri qiymətləndirir.
Medicina.az xəbər verir ki,alimlər bu dəfə insandan insana sürətlə yayıman viruslardan qorxur.
Yeni pandemiya üçün əsas xüsusiyyətlər:
insandan insana asan keçmə
sürətli yayılma
ilkin mərhələdə gizli qalma
mutasiya (dəyişmə) qabiliyyəti
Ən çox qorxulan potensial pandemiya mənbələri olacaq xəstəliklər:
1. Quş qripi (H5N1)
Hazırda alimlərin ən çox diqqət etdiyi viruslardan biridir.
Niyə təhlükəlidir?
çox yüksək ölüm faizi
heyvanlardan insanlara keçə bilir.
Mutasiya edib insanlar arasında yayılma qabiliyyəti qazana bilər.
2. Nipah virusu
Daha az tanınsa da çox təhlükəlidir.
Xüsusiyyətləri:
beyin iltihabı yarada bilər
ölüm faizi yüksəkdir
yarasalardan insanlara keçir.
3. Yeni koronavirus variantları
COVID bitmiş sayılmır.
Risk nədir?
yeni variantlar daha yoluxucu ola bilər
immun sistemindən qaça bilər
4. Antibiotikə davamlı super bakteriyalar
Bu, “səssiz pandemiya” sayılır.
Niyə qorxuludur?
adi infeksiyalar müalicəyə tabe olmur
əməliyyatlar riskli olur.
5. Xəstəlik X
Bu termin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə olunur.
hələ məlum olmayan
amma gələcəkdə pandemiya yarada biləcək xəstəlik
Pandemiyaların artmasının səbəbləri
1. İqlim dəyişikliyi
virusların yayılma zonası dəyişir
2. Heyvan–insan təması artır
zoonotik xəstəliklər çoxalır
3. Qloballaşma
viruslar saatlar içində ölkələr arasında yayılır
Aygün Musayeva