İki gündür ölkə ərazisində, xüsusən də Abşeron yarımadasında müşahidə olunan qeyri-sabit hava şəraiti və aramsız yağışlar Sumqayıt şəhərində xoşagəlməz hadisəyə səbəb olub. Şəhərin Cümə məscidinin həyətyanı sahəsində torpaq qatı kəskin şəkildə çöküb.
İlkin ehtimallar göstərir ki, yağıntı suları torpağın alt qatlarını yuyaraq boşluqlar yaradıb, nəticədə səth ağırlığa tab gətirməyərək aşağı yuvarlanıb.