AZ

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB-3

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub.

"Far.Az" xəbər verir ki, mərhum sənətkarla əvvəlcə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.

Ardınca Xalq artistinin nəşi Birinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.

Xalq artisti Rasim Balayevlə Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi başa çatıb.

"Far.Az" xəbər verir ki, vida mərasimində Baş nazir Əli Əsədovla yanaşı, nazirlər, deputatlar, görkəmli aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak ediblər.

Mərasimin ardınca Xalq artistinin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb.

Baş nazir Əli Əsədov Xalq artisti Rasim Balayevlə vida mərasimində iştirak edir.

"Far.Az" xəbər verir ki, mərhum sənətkarla vida mərasimi Akademik Milli Dram Teatrında keçirilir.

Qeyd edək ki, R.Balayev ötən gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Onun cənazəsi gecə saatlarında Bakıya gətirilib.

Xalq artisti Rasim Balayevlə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.

"Far.Az" xəbər verir ki, vida mərasimində görkəmli aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edirlər.

Qeyd edək ki, R.Balayev ötən gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Onun cənazəsi gecə saatlarında Bakıya gətirilib.

Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Seçilən
7
11
far.az

10Mənbələr