AZ

Nazir müavini: Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün ağır itkidir

"Mədəniyyət naziri Adil Kərimli adından Rasim Balayevin ailəsinə başsağlığı verirəm. Allah rəhmət eləsin".

Musavat.com xəbər verir ki, bunu Xalq artisti Rasim Balayevlə vida mərasimində mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.

"Bu gün milli kinomuz və mədəniyyətimiz üçün çox ağır itkidir. Azərbaycan kino sənətinin sütunlarından biri Rasim Balayevin əbədiyyətə qovuşması hamımızı sarsıtdı. O, vətənpərvərliyin simvolu idi. Ömrünün sonuna qədər xalqına xidmət etib və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib", - deyə S.Yusifova əlavə edib.

Könül
Musavat.com

Seçilən
10
2
musavat.com

5Mənbələr