AZ

“Qalatasaray” Türkiyə millisinin üzvü ilə maraqlanır

Türkiyə millisinin üzvü və “Roma”nın futbolçusu Zeki Çelik karyerasını “Qalatasaray”da davam etdirə bilər.

Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi artıq 29 yaşlı müdafiəçi üçün hərəkətə keçib.

Bu barədə yerli mətbuat məlumat yayıb.

“Sarı-qırmızılılar” mövsümün sonunda A Seriyası təmsilçisindən ayrılacaq 29 yaşlı sağ cinah müdafiəçisinə illik 4 milyon avro məvacib qazanacağı müqavilə təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Zeki Çelik 2022-ci ildən “Roma”da çıxış edir.

Luçesku xəstəxanaya yerləşdirilib

Kamerunlu futbolçu Premyer Liqada klubunu dəyişə bilər

Dünya çempionu “Beşiktaş”da çıxış edə bilər

Günün oyunları bu kanallarda - TV AFİŞA

Türkiyə millisinin oyunu ingilislərə həvalə olunub

Seçilən
61
35
apasport.az

10Mənbələr