AZ

20 dərəcə isti olacaq Sabahın havası

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Martın 31-də gözlənilən hava proqnozu açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, şimşək çaxacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
49
yeniavaz.com

10Mənbələr