AZ

"Rasim Balayev əsl Azərbaycan kişisi idi"

"Rasim Balayev təkcə dahi sənətkar deyildi, həm də əsl Azərbaycan kişisi idi".

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Xalq artisti Rasim Balayevlə vida mərasimində Xalq şairi Ramiz Rövşən deyib.

"Elə bir adamı sındırmaq mümkün deyildi. Həyatda çox mərd yaşadı. Ən son onunla Türkiyəyə müalicəyə gedən günü danışdıq. Mən elə bildim ki ayağı ağrıyır. Hətta bir az da zarafatlaşdıq. Çünüki mənim də ayağımda problem var. Rasim Balayev yumor hissi güclü olan insan idi. Allah rəhmət etsin", - deyə R.Rövşən əlavə edib.

Seçilən
4
7
publika.az

10Mənbələr