AZ

“Tottenhem”in baş məşqçi postuna əsas namizəd bəlli oldu

“Tottenhem”in baş məşqçi postuna əsas namizədin adı məlum olub.

Msport.az xəbər verir ki. bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Roberto De Dzerbi London klubunun “sükanı” arxasına keçməyə əsas namizəddir.  “Tottenhem” italiyalı mütəxəssislə danışıqlara başlayıb və onun tezliklə komandaya rəhbərlik etməsini ustəyir.

Klub 46 yaşlı məşqçiyə uzunmüddətli müqavilə təklif etmək niyyətindədir.

Qeyd edək ki, “Tottenhem” İqor Tudorla yollarını ayırıb. Xorvatiyalı mütəxəssisin köməkçiləri Tomislav Roqiç və Rikkardo Raqnaççi də klubu tərk ediblər.

 

Seçilən
35
msport.az

1Mənbələr