AZ

"Qalatasaray"lı futbolçular "pul yağışı"na düşüb

İstanbulun "Qalatasaray" klubunun rəhbərliyi pul kisəsinin ağzını açıb. Sarı-qırmızılı futbolçular ikiqat bayram yaşayırlar. Metbuat.az xəbər verir ki, bu barədə "Qalatasaray" klubunun prezidenti Dursun Özbək açıqlama verib.Klub rəhbəri bir neçə gün əvvəl UEFA-dan aldıqları 11,2 milyon avro vəsaitin hamısını futbolçular arasında bölüşdürdüklərini bildirib. Dursun Özbək çempionatın 28 və 29-cu həftəsində keçiriləcək "Trabzonspor" və "Qalatasaray" matçlarının hər biri üçün 1 milyon avro mükafat ayırdıqlarını vurğulayıb.

"Hər iki matçı qələbə ilə başa vursaq, çempionluq yolunda böyük məsafə qət etmiş olacağıq. Bu uğura imza atan futbolçular hər cür mükafata layiqdirlər", - Dursun Özbək belə deyib.

Seçilən
26
50
metbuat.az

10Mənbələr