AZ

İlk onun "Maska"sı açıldı

İctimai TV-nin məşhur "Maska" şousunun ilk bölümü yayımlanıb.

Publika.az xəbər verir ki, ilk buraxılışda birinci qarşıdurmada "Pişik" və "Dəniz" obrazı yarışıb.

Səsvermə zamanı münsiflərdən çox hissəsi "Pişik" obrazını canlandıran iştirakçının qalmasını istəyib. Tamaşaçıların istəyi ilə ən çox səs "Pişik" toplayıb.

İkinci qarşıdurma "Nərə" və "Dönər" arasında olub. Auditoriyadakıların səsverməsində isə maskasının açılması istənilən obraz "Nərə" olub. "Dönər" növbəti mərhələyə keçib.

Üçüncü qarşıdurmada isə "Səməni" və "Yadplanetli" obrazı yarışıb. Bu qarşıdurmada isə auditoriya "Yadplanetli"nin növbəti mərhələyə keçməsini istəyib.

Seçilən
9
2
publika.az

6Mənbələr