AZ

Cüdoçumuz Avropa Kubokunun qalibi olub

Apasport portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Polşanın Poznan şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Apasport.az xəbər verir ki, son yarış günündə milli komandamızın bir üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

52 kq çəki dərəcəsində mübarizə aparan Aysun Məmmədova bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Cüdoçumuz finala gedən yolda Nina Potok (Polşa), Lola Hodson (Böyük Britaniya) və Sofia Kordovanı (İsveç) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə Böyük Britaniyanın digər təmsilçisi Keyt Çişolmu da məğlub edən Aysun Məmmədova karyerasında ilk dəfə gənclər arasında beynəlxalq turnirin qalibi olub.

Qeyd edək ki, yarışda 21 ölkədən 267 cüdoçu qüvvəsini sınayıb.

Millimiz beynəlxalq turnirdə ÇEMPİON OLUB

Cüdoçularımız Türingiya Kubokunda 6 medal qazanıb - FOTO

Hidayət Heydərov bürünc medal qazanıb

Böyük Dəbilqə: Daha 4 cüdoçumuz mübarizəyə qoşulur

Böyük Dəbilqə: 4 cüdoçumuz mübarizəyə qoşulacaq

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
apasport.az

2Mənbələr