AZ

Zelenskinin həyat yoldaşı Ukraynaya diqqət yetirilməməsindən şikayətləndi

Ukrayna lideri Vladimir Zelenskinin həyat yoldaşı Olena dünyanın digər yerlərində baş verən hadisələr fonunda Ukraynaya diqqət yetirilməməsindən şikayətlənib.

Redaktor.az xəbər verir ki, o, bu barədə “Fox News”a açıqlamasında bildirib.

"Təəssüf ki, digər bölgələrdən daha təcili xəbərlər ortaya çıxdıqda informasiya məkanı Ukrayna ilə bağlı xəbərləri tez bir zamanda sıxışdırır. Yeni müharibə başlayır, amma bu, köhnə müharibənin bitdiyi anlamına gəlmir", - deyə o vurğulayıb.

Eyni zamanda, Vladimir Zelenskinin həyat yoldaşı qeyd edib ki, Ukrayna insanları yalnız respublikadakı hadisələri izləməyə məcbur edə bilməz.

Aminə ŞAHSUVARQIZI

Seçilən
48
redaktor.az

1Mənbələr