AZ

"TRIPP layihəsi üzrə sənədlər razılaşdırılır" - Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, ölkə hazırda TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) layihəsi üzrə sənədlərin razılaşdırılması mərhələsindədir.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, proses çərçivəsində danışıqlar davam edir və tərəflər arasında məlumat mübadiləsi aparılır.  

“Nəticədə hökumətlərarası saziş imzalanmalıdır. Danışıqlar səngiməyib və hazırda planlaşdırılan mərhələdəyik”, – deyə Mirzoyan qeyd edib. Nazir əlavə edib ki, razılaşmadan sonra layihə üzrə konkret müqavilənin imzalanması nəzərdə tutulur.

Seçilən
18
42
unikal.az

10Mənbələr