AZ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə start verilir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

İdarədən "Unikal"a verilən məlumata görə, müsahibədə iştirak etmək istəyən (2025-ci ildə müsabiqənin test mərhələsində iştirak etmiş, 40 və daha yuxarı bal toplamış) namizədlər 19 mart 2026-cı il tarixindən 04 aprel 2026-cı il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/WNQkrTsJpudAo3ys9

Vakansiya üzrə müraciət etmiş və keçid balını toplamış bütün namizədlər müsahibəyə dəvət olunacaqdır. Müsahibədə uğur qazanmış namizədlər vakant yerlərə yerləşdiriləcəklər.

Seçilən
77
42
unikal.az

10Mənbələr