AZ

Ermənistanda Paşinyanı vurmağa cəhd hadisəsi ilə bağlı üç şübhəli saxlanılıb

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyana zərbə endirmək cəhdi ilə bağlı daha bir nəfər saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.

"Bugünkü hadisədən sonra Daxili İşlər Nazirliyinin polis əməkdaşları xuliqanlıq, vəzifəli şəxsin qanuni rəsmi və siyasi fəaliyyətinə müdaxilə şübhəsi ilə üç nəfəri saxlayıblar", - o bildirib.

Onun sözlərinə görə, bütün saxlanılanlar İstintaq Komitəsinə təhvil verilib.

Daha əvvəl bildirilib ki, Baş nazir bazar günü İrəvandakı Müqəddəs Anna kilsəsində keçirilən liturgiyadan sonra oranı tərk edərkən bir nəfər ona zərbə endirməyə çalışıb. Hadisə ilə bağlı iki nəfər saxlanılıb.

Hadisənin feysbukda canlı yayımlandığı qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
10
bizimyol.info

10Mənbələr