AZ

“Tottenhem” yenidən baş məşqçisiz qaldı

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

İngiltərə Premyer Liqasının iddialı klublarından olan “Tottenhem”də növbəti dəfə baş məşqçi böhranı yaşanır.

İdman.Biz xəbər verir ki, London təmsilçisi rəsmən İqor Tudorla yollarını ayırdığını açıqlayıb.

Klub rəhbərliyi son vaxtlar qeydə alınan uğursuz nəticələr və komandanın turnir cədvəlindəki mövqeyindən narazı qaldığı üçün bu addımı atıb. Müqaviləyə qarşılıqlı

razılaşma əsasında xitam verildiyi bildirilir.

“Tottenhem”in cari mövsümdə həm daxili çempionatda, həm də beynəlxalq arenada göstərdiyi qeyri-sabit oyun azarkeşlərin sərt tənqidlərinə səbəb olmuşdu. Xüsusilə son turlarda itirilən xallar rəhbərliyin səbrini daşırıb.

Klubun rəsmi bəyanatında bildirilir ki, müvəqqəti olaraq komandaya məşqçilər korpusunun üzvləri rəhbərlik edəcək. Britaniya mətbuatında isə artıq yeni namizədlərin adları hallanmağa başlayıb. Boş qalan baş məşqçi postu üçün bir neçə tanınmış mütəxəssisin namizədliyi nəzərdən keçirilir.

İqor Tudor komandaya 14 fevral tarixindən rəhbərlik edirdi. Premyerliqa oyunlarında onun aktivində qələbə yoxdur. Komandanı hazırda aşağı liqaya düşməkdən bir xal xilas edir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
49
icma.az

10Mənbələr