AZ

Abşeronda aramsız yağan yağışın yaratdığı fəsadların qarşısı alınır - Fotolar

Son günlər havaların intensiv yağmurlu keçməsi və yağıntının normadan qat-qat artıq olması Abşeron rayonunun bir sıra ərazilərində subasma halları ilə müşahidə olunub...

Poliqon xəbər verir ki, bu barədə Abşeron Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, xüsusilə rayonun ən böyük yaşayış məntəqələri olan Xırdalan şəhəri və Masazır kəndində də ciddi fəsadların yaranmasına gətirib çıxarıb.

“Aramsız yağan yağışın yaratdığı fəsadların aradan qaldırılması, küçələrdə və məhəllələrdə yığan suyun kənarlaşdırılması istiqamətində dərhal lazimi tədbirlərin görülməsinə başlanılıb.

Belə ki, mart ayının 27-si səhər saatlarından etibarən Abşeron Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin və ADSEA-nın yerli idarələri ilə birgə, o cümlədən yerli bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və rayonun digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışıb.

Təbiət hadisəsi ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətində aidiyyatı qurumların əməkdaşları ilə birgə qərargah yaradılıb. Hazırda Abşeron Rayon Fövqəladə Hallar Komissiyası aidiyyatı qurumlarla birgə fəaliyyət göstərir və bu istiqamətdə həyata keçirilən fəaliyyətimiz davam etdirilməkdədir.

Məlumat üçün bildiririk ki, 2 gün ərzində ehtiyac duyulan ərazilərdən əhalinin təxliyəsi həyata keçirilib. Təxliyə olunan insanlar üçün sığınacaqlar yaradılıb, eyni zamanda gecələmələri üçün kirayə evlər tutulub. Bir çox ünvanlarda subasmanın qarşısı alınıb. Nasosxanaların fəaliyyəti xüsusi nəzarətə götürülərək gücləndirilmiş rejimə keçirilib”, - deyə məlumatda qeyd edilib.

Poliqon.info

Seçilən
9
7
poliqon.info

10Mənbələr