AZ

Luçesku xəstəxanaya yerləşdirildi

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku səhhəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Hazırda məşqçinin vəziyyəti stabildir. Lakin mövcud tibbi protokollara uyğun olaraq və hər hansı riskləri istisna etmək üçün Mirça Luçesku hərtərəfli müayinə və ixtisaslaşdırılmış nəzarət üçün paytaxtdakı xəstəxanaya çatdırılıb", - məlumatda bildirilib.

Seçilən
6
3
publika.az

10Mənbələr