AZ

Ramil Şeydayev Türkiyəyə qayıdır

“Qarabağ”a növbəti qayıdışı uğursuz alınan Ramil Şeydayevin yayda komandadan ayrılması gözlənilir. Təcrübəli hücumçunun artıq özünə yeni klub axtarışına başladığı bildirilir.

İdman.Biz xəbər verir ki, futbolçunun agentlərinin onu ilk olaraq Türkiyə meydanlarına çıxarmağı planlaşdırırlar. Şeydayevin daha əvvəl “Trabzonspor” və “Kocaelispor”da çıxış etməsi, Türkiyə futboluna bələd olması bu variantın şanslarını artırır.

Ramilin xidmətində maraqlı olan əsas klublardan birinin Türkiyə 1-ci Liqası təmsilçisi “Çorum” olduğunu yazan rekord.az, hazırda Superliqaya yüksəlmək uğrunda mübarizə aparan və ötən mövsüm Coşqun Diniyevin də formasını geyindiyi bu komandanın yayda heyətini yeniləməyi düşündüyünü vurğulayıb. Şeydayevin adı da çorumluların transfer siyahısında yer alıb.

Qeyd edək ki, 28 yaşlı hücumçu cari mövsümdə “Qarabağ”ın heyətində əvvəlki məhsuldarlığını bərpa edə bilməyib. Onun Ağdam təmsilçisi ilə müqaviləsi gələn ilin yayına qədər olsa da, tərəflərin mövsüm sonu qarşılıqlı razılıq əsasında yollarını ayıracağı gözlənilir.

İdman.Biz
Seçilən
14
1
idman.biz

2Mənbələr