AZ

Bakıda yağışa düşən Portuqaliya yığmasının başına görün nə hadisə gəldi! - VİDEO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda Bakıda Portuqaliya yığmasını qəbul edib.
“Palms Sports Arena”da baş tutan qarşılaşmada qonaqlar üstün oyun nümayiş etdirərək qələbə qazanıb.
Portuqaliya ikinci hissədə fərqlənib: 51-ci dəqiqədə Gonçalo Moreira hesabı açıb. 54-cü dəqiqədə Tiago Parente komandasının ikinci qolunu vurub. 67-ci dəqiqədə Youssef Chermiti və 76-cı dəqiqədə Joao Simoes fərqlənərək yekun nəticəni müəyyənləşdiriblər - 0:4.
Oyun zamanı xoşagəlməz hal yaşanıb.
Səhər saatlarında başlayan aramsız yağış ciddi fəsadlara yol açıb.
Belə ki, stadionun zirzəmidəki inzibati otaqlarını su basıb.
Təbiətin şıltaqlığı və arenanın texniki imkanlarının yararsız olması nəticəsində arenaya gələnlər üçün problem yaranıb.
Futbolçuların palrardətişmə otaqlarının qarşısı, hətta içi belə, su ilə dolub.
Bu üzdən hakimlər briqadası və portuqallar matçın fasiləsində öz otaqlarına qayıda bilməyib. Onlar üçün təcili olaraq tribunanın üst qatında otaq ayrılıb. UEFA nümayəndəsi bununla bağlı öz qeydlərini götürüb. AFFA-nın Avropa futbol qurumu tərəfindən cərimələnməsi gözlənilir.
Millimiz B qrupunda altı komanda arasında beş xalla beşinci pillədə qərarlaşıb. Portuqaliya 16 xalla liderdir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
17
50
sportinfo.az

10Mənbələr