AZ

Azərbaycan Basketbol Liqası: "Gəncə" komandası səfərdə "Şəki"yə qalib gəlib

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunda bu gün bir oyun keçirilib.

"Far.Az" xəbər verir ki, A qrupunda yer alan komandaların dueli Şəki Olimpiya İdman Kompleksində baş tutub.

"Şəki" doğma meydanda "Gəncə" 73:84 hesabı ilə uduzub.

Meydan sahibləri 22 xalla altıncı pillədə qərarlaşıb. Qonaq komanda 29 xalla üçüncüdür.

Qeyd edək ki, A qrupunda XX turun digər oyunları martın 30-31-də baş tutacaq.

Seçilən
10
50
far.az

10Mənbələr