AZ

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini vurdu – FOTO

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “E-3 Sentry” təyyarəsinin martın 27-də Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan bazasına edilən raket və PUA hücumu zamanı zərər gördüyünü əks etdirdiyi iddia olunan yeni görüntülər yayılıb.

NOCOMMENT.az xəbər verir ki, görüntülərdə son həftələrdə həmin bazada yerləşdirilən “81-0005” bort nömrəli təyyarənin əks olunduğu ehtimal edilir.

Məlumata əsasən, hücumdan əvvəl ABŞ-ın istifadəyə hazır cəmi 16 belə təyyarəsi olub və onların operativ əvəzlənməsi çətin hesab olunur. The Wall Street Journal yazır ki, alternativ kimi göstərilən “Boeing E-7 Wedgetail” təyyarəsinin dəyəri təxminən 700 milyon dollar qiymətləndirilir.

Qeyd edək ki, “E-3 Sentry” hava məkanının uzaq məsafədən izlənməsi, raket və pilotsuz aparatların aşkarlanması, eləcə də əməliyyatların koordinasiyası üçün istifadə olunur./unikal/

İran

Seçilən
11
26
nocomment.az

10Mənbələr