AZ

Sabahın hava PROQNOZU

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkənbuludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gecə bəziyerlərdə az yağış yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşamşimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-18° isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu, nisbi rütubət70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabiryağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı,dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabirduman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti,dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək istiolacaq.

Seçilən
12
49
az.trend.az

10Mənbələr