AZ

Leandro Andrade rəhbərliklə görüşdü Son qərarı bəlli oldu

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

"Qarabağ"ın vingeri Leandro Andradenin yeni mövsümə harada başlayacağı azarkeşləri maraqlandıran əsas mövzulardan biridir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Kabo Verde millisinin üzvü rəhbərliklə görüşərək aldığı təklifləri müzakirə edib.

Cari mövsümün sonunda iş yerini dəyişəcəyi ilə bağlı müxtəlif xəbərlər yayılan 26 yaşlı futbolçu karyerasını Ağdam təmsilçisində davam etdirməyə hazır olduğunu bildirib. "Köhlənlər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan əcnəbi futbolçu ilə anlaşma yenilənməsi planlaşdırılır. Ona yaxşılaşdırılmış şərtlər fonunda 3 illik saziş təklif olunacağı gözlənilir.

Cari mövsüm "Qarabağ" forması ilə bütün turnurlərdə 41 matça çlxan Andrade 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 3 milyon avro ilə dəyərləndirir.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
2
fanat.az

3Mənbələr