AZ

SEPAH Vaşinqtondan İran universitetlərinə zərbələri pisləməyi tələb edib

BAKI, 29 mart. TELEQRAF

İranın elit hərbi qurumu ABŞ administrasiyasına müraciət edərək ölkədəki universitetlərə endirilən zərbələri pisləməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yayılan bəyanatda bildirilib.

Məlumata görə, SEPAH ABŞ administrasiyasından Tehran vaxtı ilə martın 30-u günorta saatlarınadək İran universitetlərinə edilən hücumları pisləməyi tələb edib. Əks halda, qurum ABŞ-nin Yaxın Şərqdə yerləşən universitetlərinin hücuma məruz qala biləcəyini bəyan edib.

Bəyanatda qeyd olunur ki, İsrail və ABŞ yenidən İran ali təhsil müəssisələrinə zərbələr endirib və Tehrandakı elmi-texniki universitetlərdən biri bombardman olunub. SEPAH bildirib ki, ABŞ rəsmiləri martın 30-u saat 12:00-dək bu hücumları pisləməsə, regionda yerləşən ABŞ universitetləri hədəf ola bilər.

Qurum əlavə edib ki, Vaşinqtonun mövqeyindən asılı olmayaraq, Yaxın Şərqdə ABŞ-yə məxsus iki universitet İran universitetlərinə edilən hücumlara cavab olaraq məhv ediləcək. Hansı təhsil müəssisələrinin nəzərdə tutulduğu isə açıqlanmayıb.

Seçilən
28
8
teleqraf.com

10Mənbələr