AZ

Güclü zəlzələləri proqnozlaşdırmaq üçün yeni üsul

2011-ci ildə baş vermiş dağıdıcı Böyük Şərqi Yaponiya zəlzələsindən sonra seysmologiya sahəsi böyük irəliləyiş əldə edib: daha dəqiq müşahidə sistemləri və yer qabığının davranışına dair yeni modellər peyda olub. Lakin bu miqyasda bir fəlakəti öncədən proqnozlaşdırmağın mümkünlüyü sualı hələ də açıq qalır.

Publika.az "The Mainichi" portalına istinadla xəbər verir ki, yapon alimləri cavabın açarının əvvəllər əhəmiyyətsiz hesab edilən kiçik zəlzələlərdə ola biləcəyini müəyyən ediblər.

2025-ci ildə mütəxəssislər 2011-ci il fəlakətinin episentrindən şimalda yerləşən iki seysmik aktivlik klasterinə diqqət yetiriblər. Onlardan biri Sanriku sahillərində maqnitudası 6,9-a qədər olan zəlzələlər qrupu, digəri isə Aomori prefekturası sahillərində baş verən 7,5 maqnitudalı hadisə idi. Bu proseslər yer qabığında gərginliyin toplandığına işarə edə bilən daha kiçik təkanlar silsiləsi ilə müşayiət olunub.

Tohoku Universitetinin professoru Ryota Hinonun sözlərinə görə, bənzər ardıcıllıqlar əvvəllər də müşahidə edilib:

"Maqnitudası 6 bal yaxınlığında olan zəlzələ klasterləri tədricən ocaq sahəsini genişləndirir ki, bu da sonda böyük bir hadisəyə səbəb ola bilər".

Seçilən
23
publika.az

1Mənbələr