AZ

KİV: İsrail və ABŞ İranda içməli su anbarına zərbə endirib

BAKI, 29 mart. TELEQRAF

İranın cənub-qərbində yerləşən şəhərdə 10 min kubmetr həcmində içməli su anbarının İsrail və ABŞ tərəfindən vurulduğu bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, hücum İranın cənub-qərbində yerləşən Həftəgəl şəhərində baş verib. Zərbə nəticəsində 10 min kubmetr həcmində içməli su anbarı hədəfə alınıb.

Agentliyin məlumatında qeyd olunur ki, hadisə zamanı xəsarət alan olmayıb, digər su anbarları isə zərər görməyib. Şəhər sakinlərinin içməli su ilə təminatı hazırda normal qaydada davam edir.

Seçilən
32
50
teleqraf.com

10Mənbələr