AZ

Tramp İranla bağlı planlarını ONLARA AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp köməkçilərinə bildirib ki, İranla "sonsuz müharibədən" qaçmaq və münaqişədən danışıqlar yolu ilə çıxmaq istəyir.

Publika.az xəbər verir ki, "Reuters" bu barədə Ağ Evdəki yüksək rütbəli məmura istinadən məlumat yayıb.

Amerika lideri öz komandasının üzvlərini hərbi əməliyyatların müddəti üçün açıq şəkildə qeyd etdiyi dörd-altı həftəlik vaxt çərçivəsinə sadiq qalmağa çağırıb. Ağ Evdəki mənbənin fikrincə, bu müddət "qeyri-real" görünür. Danışıqlar uğursuz olacağı təqdirdə Tramp İranı hərbi eskalasiya ilə hədələyir.

ABŞ milli kəşfiyyatının Yaxın Şərq üzrə keçmiş rəis müavini Conatan Panikoff hesab edir ki, Amerika liderinin müharibəni bitirmək üçün demək olar ki, variantı yoxdur. Ekspert izah edib ki, "problemin bir hissəsi qənaətbəxş nəticənin nədən ibarət olması ilə bağlı aydınlığın olmamasıdır".

Seçilən
19
publika.az

1Mənbələr