AZ

Tofiq Musayev növbəti UFC döyüşünə çıxır

Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev növbəti döyüşünü keçirəcək.

36 yaşlı idmançı martın 28-dən 29-na keçən gecə ABŞ-nin Sietl şəhərində təşkil olunacaq turnirdə oktaqona çıxacaq.

O, İqnasio Bahamondeslə (Çili) qarşılaşacaq.

Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də ikinci döyüşü olacaq. İdmançı ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub. (Report)

Seçilən
31
50
musavat.com

10Mənbələr