AZ

İqtisadiyyat Nazirliyində “Yer saatı” beynəlxalq kampaniyasına dəstək olaraq işıqlar söndürüləcək

Bakı, 28 mart, AZƏRTAC

İqtisadiyyat Nazirliyi IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun birgə təşəbbüsü ilə martın 28-də beynəlxalq “Yer saatı” kampaniyasına qoşulacaq.

Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, kampaniya çərçivəsində nazirliyin inzibati binasında fasad işıqları yerli vaxtla saat 20:30-dan 21:30-dək söndürüləcək.

“Yer saatı” hər il dünyanın müxtəlif ölkələrində milyonlarla insan və minlərlə təşkilat tərəfindən dəstəklənən qlobal ekoloji aksiyadır. Kampaniya çərçivəsində bir işıqların 1 saatlıq söndürülməsi vasitəsilə planetimizin qorunmasına çağırış edilir.

Seçilən
29
1
azertag.az

2Mənbələr