AZ

Montella bu göstəricidə XXI əsrdə Türkiyənin ən yaxşı məşqçisidi

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Vinçentso Montella Türkiyə yığmasının başında mühüm nəticələr əldə etməkdə davam edir. 2023-ün sentyabrından bu vəzifəni icra edən italiyalı mütəxəssis əvvəlcə komandanı Avropa Çempionatının 1/4 finalına, sonra isə tarixdə ilk dəfə Millətlər Liqasında A liqasına daşımağı bacardı. İndi də ''ay-ulduzlular'' 24 illik həsrətə son qoymağa və dünya çempionatına vəsiqə qazanmağa yaxındılar. Pley-offda Rumıniyanı məğlub edən Türkiyə DÇ-2026-ya vəsiqəni rəsmiləşdirmək üçün son addımı atmalı və Kosovonu da yenməlidi. Türkiyə indiyə qədər Montella ilə 23 rəsmi oyundan 15 qələbə, 4 heç-heçə, 4 məğlubiyyətlə ayrılıb ki, bu da orta hesabla hər oyuna 2,13 xal deməkdi. Bu, XXI əsrdə Türkiyə yığmasında çalışmış 8 məşqçi arasında ən yaxşı göstəricidi! Montella hətta Türkiyə futbolu tarixində böyük iz buraxmış Fatih Terim və Şenol Günəş kimi isimləri də geridə qoyub. Halbuki onlardan biri Avropa Çempionatında, digəri isə dünya çempionatında Türkiyəyə bürünc medallar qazandırıb. Orta xal hesabında qardaş ölkənin komandası Terimin iki dönəmində uyğun olaraq 1,79 və 1,81, Günəşin iki dönəmində isə 1,6 və 2,05 xal toplayıb. Maraqlıdı ki, bu göstəricidə ikinci pillədə Ştefan Kunts qərarlaşıb. Türkiyə Montelladan əvvəl çalışmış almaniyalı mütəxəssisin dönəmində orta hesabla hər oyuna 2,06 xal toplamışdı. Onu da bildirək ki, ''Football Meets Data'' analiz saytının açıqladığı rəqəmə əsasən Türkiyənin DÇ-2026-ya qatılmaq şansı 55 faiz, Kosovodo isə 45 faizdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
1
icma.az

2Mənbələr