Azərbaycanı dünyanın ən nüfuzlu MMA platforması olan Mütləq Döyüş Çempionatında (UFC) təmsil edən Tofiq Musayev yenidən oktaqona qayıdır.
"Cebheinfo.az" xəbər verir ki, idmançımız ABŞ-nin Sietl şəhərində baş tutacaq nəhəng UFC turnirində qüvvəsini sınayacaq. Yüngül çəki dərəcəsində mübarizə aparan Musayevin rəqibi çilili İqnasio Bahamondes olacaq.
Döyüş həyəcanı martın 29-na keçən gecə yaşanacaq. Tofiq Musayevin də çıxış edəcəyi turnirin ilkin qarşılaşmalarına Bakı vaxtı ilə saat 01:00-da start veriləcək.
Qeyd edək ki, qarşıdan gələn sınaq Musayevin UFC karyerasında ikinci döyüşü kimi tarixə düşəcək.
Xatırladaq ki, təmsilçimiz ötən il iyunun 22-də Bakıda keçirilən ilk döyüşündə qırğızıstanlı Mıktıbek Orolbaya məğlub olmuşdu. Eyni zamanda, rəqib İqnasio Bahamondes də sonuncu dəfə məhz Bakıdakı turnirdə digər təmsilçimiz Rafael Fiziyevə uduzaraq oktaqonu məğlub tərk etmişdi./Oxu.az
"Cebheinfo.az"