AZ

Tofiq Musayev UFC-də növbəti döyüşünə çıxır

Azərbaycanı dünyanın ən nüfuzlu MMA platforması olan Mütləq Döyüş Çempionatında (UFC) təmsil edən Tofiq Musayev yenidən oktaqona qayıdır.

"Cebheinfo.az" xəbər verir ki, idmançımız ABŞ-nin Sietl şəhərində baş tutacaq nəhəng UFC turnirində qüvvəsini sınayacaq. Yüngül çəki dərəcəsində mübarizə aparan Musayevin rəqibi çilili İqnasio Bahamondes olacaq.

Döyüş həyəcanı martın 29-na keçən gecə yaşanacaq. Tofiq Musayevin də çıxış edəcəyi turnirin ilkin qarşılaşmalarına Bakı vaxtı ilə saat 01:00-da start veriləcək.

Qeyd edək ki, qarşıdan gələn sınaq Musayevin UFC karyerasında ikinci döyüşü kimi tarixə düşəcək.

Xatırladaq ki, təmsilçimiz ötən il iyunun 22-də Bakıda keçirilən ilk döyüşündə qırğızıstanlı Mıktıbek Orolbaya məğlub olmuşdu. Eyni zamanda, rəqib İqnasio Bahamondes də sonuncu dəfə məhz Bakıdakı turnirdə digər təmsilçimiz Rafael Fiziyevə uduzaraq oktaqonu məğlub tərk etmişdi./Oxu.az

"Cebheinfo.az"

Seçilən
0
3
cebheinfo.az

4Mənbələr