AZ

Qubada uçqun oldu YENİLƏNİB

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Güclü yağışlar nəticəsində gələn sel Qubanın Xınalıq kəndinə gedən avtomobil yolunda hərəkəti tamamilə dayandırıb.

Redaktor.az-ın məlumatına görə, dağlıq ərazidən keçən sel suları yolun bir hissəsini yuyub, asfalt örtüyündə ciddi çökmələr qeydə alınıb. Təbii fəlakət nəticəsində torpaq sürüşməsi baş verib və kəndlə nəqliyyat əlaqəsi tam kəsilib.

Yerli sakinlər, eləcə də Yol İstismarı İdarəsi və bələdiyyə nümayəndələrinin bildirdiyinə görə, hazırda ərazidə intensiv yağıntılar davam edir. Qeyd olunub ki, yolun bərpası və fəsadların aradan qaldırılması hava şəraiti sabitləşməsindən və intensiv yağışın dayanmasından sonra mümkün olacaq.

Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır. Sürücülərdən və vətəndaşlardan təhlükəsizlik məqsədilə həmin istiqamətdə hərəkət etməmələri xahiş olunur.

***

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib.

Redaktor.az-ın məlumatına görə, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.

Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.

Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
7
redaktor.az

10Mənbələr