AZ

“Ultimatumlar dayanarsa, Belarus Litva ilə danışıqlara hazırdır”

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Biz istənilən problemli məsələni heç bir ilkin şərt olmadan müzakirə etməyə hazırıq”

“Vilnüs ultimatumlarını dayandırarsa, Belarus Litva ilə danışıqlara hazırdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Belarus Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ruslan Varankov Baltikyanı respublikanın təklifinə cavabında deyib.

Diplomat bildirib: "Biz istənilən problemli məsələni heç bir ilkin şərt olmadan müzakirə etməyə hazırıq. Vilnüsün süni ultimatumlarının mehriban qonşuluq və ya normal diplomatik təcrübə ilə heç bir əlaqəsi yoxdur".

Qeyd edək ki, martın 27-də ABŞ Prezidenti Donald Trampın Belarusdakı xüsusi nümayəndəsi Con Koul Vilnüsü Minsklə münasibətləri bərpa etməyə çağırıb.

Litvanın Baş naziri İnqa Ruqinienė cavab olaraq bildirib ki, Litva bir sıra şərtlər daxilində Belarusla Baş nazirin müavini səviyyəsində görüş keçirməyə hazırdır. Onun tələbləri hava şarları, sərhəddə saxlanılan yük maşınları və qanunsuz miqrasiya ilə bağlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
ayna.az

1Mənbələr