AZ

Azərbaycan neftinin qiyməti 124 dolları ötdü

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,99 ABŞ dolları və ya 2,5 faiz artaraq 124,24 ABŞ dolları təşkil edib.

XQ bu barədə neft bazarındakı mənbəyə istinadən məlumat verir. Bildirilir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,03 ABŞ dolları və ya 2,6 faiz artaraq 117,44 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Seçilən
23
14
xalqqazeti.az

10Mənbələr