Arif Heydərov küçəsi ilə Mayakovskiy küçələrinin kəsişməsindəki ərazi yağış sularından təmizlənir - VİDEO
Bu barədə Ajans.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. Ərazidə yığılan yağış sularının çəkilməsi və yolun hərəkət üçün yararlı vəziyyətə gətirilməsi istiqamətində işlər aparılır. Görüntülərdə xüsusi texnikanın cəlb olunduğu və ərazinin təmizlənməsi prosesinin davam etdiyi əks olunur. Hazırda işlər davam etdirilir.