BAKI, 28 mart. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri İranda bir neçə silah istehsalı zavodunu bombalayıb.
Teleqraf xəbər verir ki, bu barədəm İsrail Silahlı Qüvvələri məlumat yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təxminən 50 qırıcı təyyarə ilə İranda üç bölgəyə yönəlmiş zərbələr endirilib.
Hədəflər arasında silah istehsalı üçün istifadə olunan obyekt, İran Müdafiə Nazirliyinə məxsus və İranın nəzarətində olan qruplar, o cümlədən Hamas və Hezbollah üçün müasir partlayıcı qurğuların hazırlanmasında istifadə edilən obyekt, həmçinin ballistik raketlər və zenit-raket kompleksləri üçün komponentlərin istehsal olunduğu müəssisə yer alıb.