AZ

Bakıda yağıntılı hava nə vaxta kimi davam edəcək? - RƏSMİ MƏLUMAT

Bakıda yağan yağışın miqdarı aylıq normanın 247 faizini təşkil edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxt və Abşeron yarımadasında intensiv yağıntılar davam edir.

Qeyd olunub ki, yağıntının miqdarı 58 mm qeydə alınıb.

Eyni zamanda, güclü yağıntılar səbəbindən bəzi yerlərdə subasma hallarının davam edəcəyi gözlənilir.

Proqnoza əsasən, martın 29-u gündüz saatlarından etibarən yağıntı tədricən kəsiləcək.


Telegram kanalımız
Seçilən
4
2
yenisabah.az

9Mənbələr