AZ

Azərbaycan Dəmir Yolları: Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

Publika.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.

"Bəzi sahələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər", - ADY qeyd edir.

Seçilən
6
37
publika.az

8Mənbələr