Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) ölkəərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitininyarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiqtədbirlər görür.
ADY-dən Trend-ə verilən məlumata görə, hazırda qatarlar qrafiküzrə hərəkətini davam etdirir, əməkdaşlar tərəfindən bütünərazilərə nəzarət edilir.
Bildirilib ki, bəzi sahələrdə təhlükəsizliyin təmin edilməsiməqsədilə sürət həddinin endirilməsi səbəbindən qatarlarınqrafikində qismən kənara çıxma halları ola bilər.
“Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryolkeçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi vəehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya vəplatformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”,- deyə məlumatda qeyd edilib.