AZ

Bakı və Abşeronda yağıntının miqdarı aylıq normanın 247 %-ni təşkil edir

Ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.

 

Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin saat 22:00-a olan məlumatında belə deyilir.

 

Dağlıq ərazilərə isə qar yağır.

 

Hazırda Bakıda və Abşeron yarımadasında intensiv və güclü yağış yağır. Yağıntının miqdarı 58 mm qeydə alınır ki, bu da aylıq normanın 247 %-ni təşkil edir.

 

Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi gözlənilir. Martın 29-da gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.

 

Seçilən
37
14
senzor.az

10Mənbələr